İnformasiya və kommunikasiya texnologiyalarının rolunu qiymətləndirməmək mümkün deyil - TƏHLİL

Dünyanın qabaqcıl ölkələri informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş şəkildə faydalanırlar. Ona görə ki, informasiya və kommunikasiya texnologiyalarının rolu bir çox sahələrdə özünü göstərir. Ölkəmidə də informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdəndir, çünki təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Ümumiyyətlə, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması müşahidə edilir.

Hal-hazırtda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən nəzərəçarpacaq şəkildə, əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu baxımdan da ölkəmizdə informasiya kommunikasiya texnologiyaların istifadəsinə geniş yer ayrılır, xüsusi əhəmiyyət verilir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət də digər sahələrdə olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə məhz cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub və bu gün həmin istiqamət dinamik inkişaf tendensiyasına malikdir.

İnformasiya-kommunikasiya texnologiyaları öz inkişafındadır, çünki hərtərəfli inkişaf prosesi gedir. Yəni, bütün sahələrdə dünyada müşahidə edilən inkişaf prosesi məhz informasiya-kommunikasiya texnologiyalarının inkişafına da təsirsiz örtüşə bilməz. Elə bu baxımdan da müasir informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdəndir. İnformasiya kommunikasiya texnologiyaları ilə bağlı bir sıra mühüm tədbirlərin təşkil edilməsi də təsadüfi deyil və bu sahənin inkişafına xüsusi diqqət yetirilməsinin bariz nümunəsi, təsdiqidir.

Sözsüz ki, informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi dövlətin iqtisadiyyatının, intellektual və elmi potensialının, eləcə də demokratiyanın və idarəetmədə şəffaflığın əsas göstəricilərindəndir. Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının imkanlarının dövlət idarəetmə sistemində tətbiqi təqdirəlayiqdir, çünki bu istiqamətdə çoxsaylı işlər görülüb, bu sahə üzrə normativ-hüquqi baza təkmilləşdirilib, informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, elektron hökumətin təşkili nəticəsində bu sahə ən dinamik inkişaf edən sahələrdən birinə çevrilib, uğurlarımız da kifayət qədərdir. Təbii ki, uğurlarımız təsadüfi deyil, əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən cənab cənab Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqətlə yanaşır və dövlətlər tərəfindən sürətli inkişafın təmin edilməsi üçün informasiya yönümlü iqtisadiyyatın formalaşmasına xüsusi önəm verilir. Belə də olmalıdır, çünki informasiya kommunikasiya texnologiyalarının imkanlarını, cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirməmək mümkün deyil.

Ölkəmizdə, informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı, 9 mart 2004–cü il tarixli “Elektron imza və elektron sənəd haqqında”, 14 iyun 2005 –ci il tarixli “Telekommunikasiya haqqında”, 30 sentyabr 2005–ci il tarixli “İnformasiya əldə etmək haqqında”, 11 may 2010-cu il tarixli “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları, 21 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, 8 noyabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”, 20 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və digər mühüm sənədlər qəbul edilib. Bütüb bu sənədlərin qəbul edilməsi həmin sahəyə, onun inkişafına dövlətimizin diqqət və qayğısını təsdiq edir və bu sahənin inkişafı özü də dövlətin inkişaf səviyyəsini göstərir.

Müharibə dövrü, daha dəqiq desək, 44 günlük müharibə ərəfəsində düşmənlərin yalan indormasiyalarla ölkəmiz barədə yanlış fikirlər yaratmağa çalışdığı anda məhz informasiya və komunikasiyalar sisteminin köməyi ilə Azərbaycanın öz haqlı mövqeyi, haqq işi uğrunda mübarizə apardığı bütün dünya çatdırıldı. Deməli, təqdirəlayiq haldır ki, bu məsələdə də, məhz informasiya və komunikasiyaları sisteminin inkişafında da bir çoxlarından, ələlxüsus düşmənlərimizdən öndəyik. Bəli, 44 günlük müharibə zamanı düşmən bizim mövqelərimizi, qələlərimizi təhrif etmək üçün məhz informasiya və kommunikasiyalarından istifadəyə ciddi cəhdlə çalışırdı, zərər vurmaq üçün əldən-ayaqdan gedirdi. Elə buna görə də, məhz müharibə dövründə belə bu sahəyə xüsusi diqqət ayrılmışdı.

Bir zamanlar silah gücünə həll edilən bəzi məsələlər bu gün informasiyanın köməyi ilə həll edilir. İnformasiya müharibəsində də çeviklik, texnologiyanın inkişaf səviyyəsi önəmli rol oynayır. İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edə bilirk. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdəndir.

Ermənilərin nəzarəti altında olan media orqanları Azərbaycanla bağlı dezinformasiyalar yaymaq üçün hər zaman çalışıb və bu gün də bu işdən əl çəkmək niyyətində görünmür. Yalan informasiyalar yaymaq əsasən Ermənistan dövləti, erməni diasporu və lobbisinin birbaşa tapşırığı və nəzarəti altındadır. Ölkəmizlə bağlı yalan məlumatlar yazılmasında maraqlı olanlara qarşı hazırlıqlı olmaq gərəkir. Bunun üçün, bununla mübarizə aparılması üçün informasiya və komunikasiyaların inkişaf tendensiyası qorunub saxlanılmalıdır. Çünki düşməndən məhz bu sahədə də bir addım irəlidə olmaq tələb olunur ki, bunun xoşagəlməz nəticələri ilə qarşılaşmaq olmasın.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə