“Azərbaycan təşkilatın transformasiyasına liderlik edib” - AQEM rəsmisi

“Azərbaycan təşkilatın transformasiyasına liderlik edib” - AQEM rəsmisi

“Azərbaycan AQEM-də sədrliyi dövründə transformasiya prosesinin irəliləməsində liderlik nümayiş etdirib və təşkilatın davamlı inkişafını fəal şəkildə dəstəkləyib”.

SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, AQEM-in regiondakı rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana minnətdardır. Onun sözlərinə görə, Azərbaycan sədrliyinin son iki ildə əldə etdiyi nailiyyətlər oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Zirvə Toplantısı ilə yeni mərhələyə qədəm qoyacaq.

Zhang Ling qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə təşkilat daxilində əməkdaşlıq daha da güclənib və Asiyada qarşılıqlı əlaqələrin inkişafı istiqamətində mühüm nəticələr əldə olunub.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə