Azərbaycanlı alim beynəlxalq simpoziumda çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Almaz Ülvi böyük özbək şairi Əlişir Nəvainin 575 illiyi münasibətilə Əfqanıstanda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər. Əlyazmalar İnstitutundan SİA-ya verilən məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Əfqanıstan, Özbəkistan, Tacikistan, Hindistan və Pakistan alimlərinin qatıldıqları beynəlxalq tədbirdə P.Kərimov "Əlişir Nəvai və XVII əsr Azərbaycan ədəbiyyatı" mövzusunda məruzə ilə çıxış edib.

Yubiley tədbirləri Əfqanıstanın üç şəhərində keçırılib. P.Kərimov respublikanın prezidenti, virse-prezidentləri, baş nazırı, Kabil şəhərinin meri ilə görüşlərdə olub, çıxışlar edib, Əfqanıstan dövlət televiziyasına müsahibə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə