Vətən çağırır məni, döyüşməyə hazıram!

Mən Aydınam ƏmirSoltan oğluyam,

Hər sözümdə, hər işimdə doğruyam,

Vətən üçün doğuldum, elimə mən bağlıyam.

Mən gedirəm döyüşə, ağlamasın qoy anam,

Bu yolda şəhid olsam, fəxr eləsin qoy atam!

Oğul deyib boy-buxnumu sevdiniz,

Nişanladız, xoşbəxt olsun dediniz.

Neyləyim ki, yarım qaldı sevgimiz.

Mən gedirəm döyüşə, ağlamasın qoy anam,

Bu yolda şəhid olsam, fəxr eləsin qoy atam!

Bu həyatda həmişə başıuca gəzdiniz,

Atam-anam sağ olsun, nə lazımdır etdiniz.

Deyirəm mən görmədim, xoşbəxt olsun nəvəniz.

Mən gedirəm döyüşə, ağlamasın qoy anam,

Bu yolda şəhid olsam, fəxr eləsin qoy atam!

Atam-anam hər zaman, həm gərəyim-köməyim,

Hərdən darıxanda mən, ağrıyır bu ürəyim.

Deyirəm var Allahdan bir istəyim-diləyim,

Torpaq düşmən əlində, yetmir sonna bu dərdim.

Mən gedirəm döyüşə, ağlamasın qoy anam,

Bu yolda şəhid olsam, fəxr eləsin qoy atam!

Aydın deyir bu yaşda nələr çəkdi bu başım,

Xain düşmən kor olsun, silinməzdir yaddaşım.

Bu qanı yerdə qoymaz Cavad, Nicat qardaşım.

Mən gedirəm döyüşə, ağlamasın qoy anam,

Bu yolda şəhid olsam, fəxr eləsin qoy atam!

01.09.2015

Həqiqət Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə