İstədim səninlə, birgə əzizim.

Nağıl dünyasında, qalım sonadək.

Amma, xəsis olmaq, bizə yaraşmaz.

Lazım ki, dünyaya xeyrimiz dəysin.

Tək özümüz üçün, yox-yox əzizim.

Bütün dünya üçün, nağıl dünyası.

Möcüzə yaradaq, hər kəs bizimlə,

Bu gözəl dünyadan, zövq alsın birgə.

Bunun üçün bizə, sehirli çubuq,

Yaxutda, sehirbaz heç lazım deyil.

Bizə lazım olan, sevgidi, sevgi.

Sevginin yanında, əbədi hörmət.

Gülyanə İmanova

Bütün xəbərlər Facebook səhifəmizdə