Yorulmuşam,əzizim
Kimsəsiz oluram sənsiz olanda,
Çarəsiz oluram sənsiz olanda,
Dözümsüz oluram sənsiz olanda,
Qayıt, qayıt, mən ölürəm, əzizim!
Tənhalıqdan yorulmuşam, bezmişəm,
Dörd yanımda səni, səni gəzmişəm,
Sənsizliyin yollarında azmışam,
Qayıt, qayıt, mən ölürəm, əzizim!
Gəl, al məni, bu dünyanın əlindən,
Qəddarların, zalımların əlindən,
Sənsiz keçən zamanların əlindən,
Qayıt, qayıt, mən ölürəm, əzizim!
Qənirə Paşayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB