Dəmir yumruq - YENİ ŞEİR

Əliş Əhmədoğlu

PREZİDENTİM

Parla, Ay-Ulduzum, parla
Bitdi həsrət son baharla.
Qəlbim vurur iftixarla,
Həm fəxrimdir, həm sevincim,
Dəmir yumruq Prezidentim!

Dastan yazdı Milli Ordum,
Düşməni gözündən vurdum.
Keşiyində durub yurdun
Bürcüm, qalam, polad bəndim,
Dəmir yumruq Prezidentim!

Bizimlədir zəfər yenə,
Arzum verər bəhər yenə.
Dövlət-millət birliyinə
Həm inandım, həm güvəndim,
Dəmir yumruq Prezidentim!

Düzüm çəmən, qayam daşdır,
Dost-dostuna silahdaşdır.
Şanlı-şahlı üç qardaşdır
Pak islamım, türk Əfəndim,
Dəmir yumruq Prezidentim!

Uca Heydər-Ulu Öndər,
Bu günlərdən Verdi xəbər.
“Vətən” dedi şanlı rəhbər,
O səcdəyə mən də endim,
Dəmir yumruq Prezidentim!

Bütün xəbərlər Facebook səhifəmizdə