“100 ilin İMZASI” kitabının təqdimatı keçirildi - “Heydər Əliyev -100”

Bu günlərdə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Gülşən Behbudun “100 ilin İMZASI” adlı kitabının təqdimatı keçirildi. “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin, Sumqayıt şəhər Mədəniyyət evinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbirin aparıcısı - AYB-nin Sumqayıt şöbəsinin məsləhətçisi, AYB-də “İrs” komissiyasının üzvü, həmçinin “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin və “Zərif” Qadın Ədəbi Məclisinin sədri, “mitmedia.az” saytının rəhbəri, Prezident mükafatçısı, tanınmış şair Xatirə Fərəcli qonaqları salamladıqdan sonra, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olaraq ən uca məqama ucalan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xatirə Fərəcli, Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq, ölkənin hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Sonra Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olundu.

Heydər Əliyevə həsr olunan və 2023-cü ildə “ Elm və Təhsil” nəşriyyatında üşıq üzü görən 188 səhifəlik “100 ilin İMZASI” (redaktor Əyyar Tahirli) kitabı haqqında məlumat verən Xatirə Fərəcli sözü kitabın müəllifinə verdi. “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin təsisçisi və sədri, “Atilla” jurnalının Baş redaktoru, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, şair-jurnalist Gülşən Behbud qonaqları öz yaradıcılığı ilə tanış etdikdən sonra, müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyev şəxsiyyətindn söz açaraq, tədbir iştirakçılarına kitab haqqında geniş məlumat verdi.

Qeyd edək ki, görkəmli siyasi və dövlət xadimi olan Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş nəfis tərtibatlı kitabda dünya liderlərinin, həmçinin müxtəlif sahələrdə çalışan insanların dahi şəxsiyyət haqqındakı fikirləri, müəllifin müsahibələri və qələmə aldığı şeirlər toplanmışdır.

Daha sonra çıxış edənlər: İncəsənət Universitetinin professoru, Əməkdar İncəsənət xadimi, Respublikanın Əməkdar artisti Ağalar Bayramov, Rusiyadan gələn qonaqar – Mehriban Abdullayeva (Moskva şəhəri, Pedaqogika üzrə fəlsəfə doktoru) və Leyla Əhmədova (“Rostovda regionlararası birlik” İB-nin sədri, xeyriyyəci), Cənubi Azərbaycandan olan şair Yaqoob Usuli bəy, İctimai xadim, jurnalist Yasəmən Məhəbbətqızı, 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Həsənquliyevin anası, şair Mayisə Həsənquliyeva, “VİP” Mərkəzinin təsisçisi və B/direktoru, “Günəşli Sabah” qəzetinin təsisçisi və B/redaktoru, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva, Sumqayıt Mədəniyyət evinin rəhbəri Elnarə Rəşidova çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər və qeyd etdilər ki, Ulu Öndərin yubileyi çərçivəsində ona həsr olunan hər bir kitab H.Əliyev şəxsiyyətinə göstərilən hörmətin və sevginin parlaq ifadəsidir. Natiqlər onu da vuğuladılar ki, illər, əsrlər keçsə də, xalqın məhəbbətini qazanan Heydər Əliyev daim qəlblərdə yaşayacaq.

Tədbirdə iştirak edən Vaqif Ağayev (teatrşünas, şair-yazıçı-tərcüməçi), Kamran Orucov (VETENİM-AZƏRBAYCANDIR.AZ saytının rəhbəri, “44 Gün.Org” İnformasiya portalının B/redaktoru), Rəhilə Veysəlli (yazıçı-şair), Pəri Muradova (Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxananın əməkdaşı, şair), Ədalət Əroğlu (“Ədalət işığında” Məclisinin sədri, şair), Hacı Hüseyn (publisist), Fərhad Baba (iş adamı), həmçinin şairlərdən Səringül Atəş, Maya Nuriyeva, Tahirə Zeynalova, İdris Babayev, Sevinc Murad və digərləri tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Şəhər Mədəniyyət evinin rus millətindən ibarət olan “Veteranlar” Xor kollektibinin (dirijor Turanə Vəliyeva, konsertmeyster İlham Nərimanov) ifası, Turanə Vəliyevanın və Əli Hüseynovun birgə hazırladığı kompozisiya və Əli bəyin səsləndirdiyi şeirlər, Qabaqcıl Mədəniyyət işçisi, müğənni Əfraz Məmmədovun ifa etdiyi “Sənə də qalmaz”, Xəyal Cəbrayıllının ifasında səslənən “Yaşa Azərbaycan” mahnıları tədbirə xüsusi bir rəng qataraq könülləri oxşadı.

Sonda çıxış edən Xatirə Fərəcli, tarix üçün gərəkli bir kitabı ərsəyə gətirib, geniş oxucu kütləsinə təqdm edən müəllifə yaradıcılıq uğurları dilədi. O, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanovaya yaratdığı şəraitə, isti münasibətə görə, həmçinin tədbirin yüksək səviyyədə hazırlanmasında xüsusi əməyi olan, Şəhər Mədənyyət Evinin bədii rəhbəri Kəmalə Aslanovaya xüsusi minnətdarlığını bildirdi.

Çay süfrəsi arxasında davam edən maraqlı söhbətlər, fikir mübadilələri, həmçinin tədbir iştirakçılarının müəlliflə çəkdirdikləri şəkillər həmin günün xoş xatirə olaraq yaddaşlara həkk olundu.

Aygün HACIYEVA,
AJB, AYB, AAB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə