Zəngəzur dəhlizi - tarixi həqiqətlər

"Məsələnin tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, Dağlıq Qarabağ qədim erməni tprpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqlarda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndiririk.

Bildiyimiz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni xalqımız əsrlər boyu bu torpaqlarda yaşamış, yaratmış və bundan sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik".

İlham Əliyev

Zəngəzur dəhlizi müasir tariximizdə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra, Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən tarixi fakta çevrilmişdir.

Zəngəzur dəhlizi deyiləndə ilk öncə - Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizi nəzərdə tutulur. Zəngəzur deyiləndə hər azərbaycanlının təfəkküründə qədim və əzəli Azərbaycan torpaqları, elləri, obaları, oylaqları canlanır. Zəngəzur dəhlizi deyilən ifadənin mahiyyətini tam aydınlaşdırmaq üçün, mütləq tarixi faktlara müraciət etməliyik. Zəngəzur mahalı, Zəngəzur qəzası deyilən tarixi coğrafi toponimlərin milli tariximiz üçün hansı əhəmiyyət daşıdığını izah etmək və Zəngəzurun Ermənistana verilməsinin səbəblərini nəzərdən keçirmək lazımdır.

Əsrin əvvəllərində ermənilər Azərbaycanın xeyli ərazisini, o cümlədən də İrəvanı və Zəngəzuru ələ keçirməyə müvəffəq olublar. Azərbaycan xalqının tarixi torpağı olan Zəngəzur mahalının ermənilərə verilməsi həqiqətən də tariximizdə ən faciəli səhifələrindən biridir.

1918-1920-ci illərdə Zənzəzur ərazisi Azərbaycan Xalq Cumhuriyyətinin tərkib hissəsi kimi ayrıca inzibati bölgə-qəza olub. Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil olsa da, faktiki olaraq daşnak general Andaranik Zəngəzuru müsəlman türk və kürdlərdən təmizləyib burada qubernatorluq elan etmişdi. 1920 ci ilin aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ermənistan Respublikası bu ərazidəki hərbi üstünlüyündən yararlanıb Zəngəzuru anneksiya etmək üçün hərbi-siyasi mübarizəni davam etdirirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də, Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqlab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizlənməsini sözdə tələb etsə də, reallıq başqa idi, hər şeyi güc həll edirdi. Azərbaycanın nə Xalq Cumhuriyyəti, nə də Müvəqqəti İnqlab Komitəsi Zəngəzurun həqiqi sahibi olma kimi təbii haqqına sahib olmaq qətiyyətindən, siyasi iradəsindən uzaq idi. Buarada bolşevik Rusiyası Gürcüstan və Azərbaycanın ardınca Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini müxtəlif şirnikləndirici addımlarla ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar isə Azərbaycanın ərazisinin bir hissəsini dövlət yaratmaq üçün Ermənistana verilməsi ilə bağlıdır. Mikoyan başda olmaqla erməni liderləri bolşevik Rusiyasının rəhbəri Lenini inandırmağa çlışırdılar ki, Zəngəzurun (eləcə də Naxçıvanın və Qarabağın) Ermənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər. 10 avqust 1920-ci il tarixində RSFSR ilə Birinci Ermənistan Rspublikası arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə RSFSR -in Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzarətə götürür. 1920-ci il 10 avqusunda Rusiya KP-nin Qafaqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarır. Qarabağ və Zəngəzur isə Azərbayan ilə Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunur. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur və Şərqi Zəngəzur - əhalinin bir hissəsi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv.verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış,3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmiş olur. Bununlada Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqə kəsilir. Üstəlik 1029-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin - Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin (1930-cu ilin əvvəllərində) torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Bununla da Azərbaycanın əraziləri arasında məsafə daha da artmışdı.

Lakin Azərbaycan Milli Ordusunun Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi sayəsində 44 günlük Vətən savaşında düşmən üzərində həlledici qələbənin əldə etməsi nəticəsində artıq tarixi Azərbaycan torpaqları hesab olunan Zəngəzur ərazilərinə gələcək üçün böyük qayıdışın əsası qoyuldu. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxşıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizin qurulması qeyd olunur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".

Bəyanatın şərtinə görə Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır.

Düşməndən işğal olunmuş ərazilərə Möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tez-tez səfər etmələri və bütün sivil dünyaya erməni vəhşiliyini sübut edən vandalizm faktlarını -tarixi abidələrimizə, maddi-mədəniyyət nümunələrimizə, yaşayış məntəqələrimizə, təbiətimizə, milli sərvətlərimizə erməni faşizminin vurduğu ziyanları açıq-aşkar nümayiş etdirmələri bu ərazilərə qayıdışımızın tarixi haqq işimiz olamasının əyani sübutudur. 26 aprel 2021-ci iltarixində Cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Micivana və Zəngilana səfəri zamanı söylədiyi fikirlər: "Mincivan qədim yaşayış məntəqəsidir. Burada dəmir yolu stansiyası yerləşmişdi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. Dəmir yolu relslərinin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz yenidən dəmiryolunu çəkəcəyik. Horadiz-Ağbənd dəmir yolunun təməlini qoymuşuq. Bu dəmir yolu Azərbaycanının əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək. Əslində Zəngilan rayonu coğrafi baxımından Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirir. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana həm dəmir, həm də avtomobil yolu açılmalıdır. Bu ərazilərin azad olunması uğrunda şiddətli döyüşlər getmiş, düşməni sərhədə qədər qovmuşuq. Şəhidlər vermişik və Ermənistanla son sərhəddə yerləşən Ağbənd qəsəbəsini azad edərkən düz Ermənistan sərhədinə çıxdıq. Bu sərhəddə möhkəmlənirik və dövlət sərhədimizi bərpa edirik. Biz düşmənin vurduğu bütün ziyanları bərpa edəcəyik. İşğaldan azad olunmuş əraziləri cənnətə döndərəcəyik".

Zaman-zaman məkrli düşmənlərin Azərbaycanın tarixi coğrafi sərhədlərinə, ərazilərinə qarşı sui-qəsdlər nəticəsində itirilmiş torpaqlarımızın qətrə-qətrə işğaldan azad edilməsi, heç bir zaman mübarizlik ruhunu itirməyən xalqımızın böyük və bütöv Azərbaycan uğrunda gələcək mübarizələrinin parlaq qələbə ilə başa çatmasından xəbər verir.

Nazim Əliyev,

Masallı Dövlət Regional Kollecinin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə