Tapılan mumyalar barədə sirli məlumatlar ortaya çıxıb

Alimlər nəhayət ki, 1990-cı illərdə Çinin Tarim hövzəsində qorunub saxlanılmış bir qrup mumiyanın mənşəyini aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatçılar müəyyən ediblər ki, bu mumiyalar əkinçilik təcrübələrini bölüşmək üçün Çinə gələn miqrantlara məxsusdur. Bildirilib ki, bu mumiyalar təxminən 9000 il əvvəl Asiyada yaşamış daş dövrü ovçu-yığıcılar qrupunun tərkibində olublar. Tədqiqatçılar bildiriblər ki, cəsədlər qayıq formalı tabutlarda basdırılıb və mal-qara dərisinə bükülüb. “Biz bu insanlar haqqında fiziki olaraq çox şey bilirdik, lakin onların kim olduqları və niyə burada olduqları haqqında heç nə bilmirdik” deyə araşdırma qrupunun rəhbəri bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə