İnsanda saç böyüməsi üçün lazım olan kök hüceyrələr getdikcə daha azalmağa başlayır və nəticədə saçlar incəlir, beləliklə də insanlar keçəlləşirlər. SİA xəbər verir ki, bunu Çikaqodakı Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər.
Amerikalı alimlər bəzi insanların niyə keçəl olduğunu öyrəniblər. Məlum olub ki, keçəlləşmədə saçın kök hüceyrələri günahkardır. İnsanlar qocalırlar, nəticədə, bir insanda saçların böyüməsi üçün lazım olan kök hüceyrələr getdikcə daha az olur. Yekunda da saçlar incəlir və insanlar keçəlləşirlər.
Xatırladaq ki, alimlər əvvəllər keçəlliyin oxşar mexanizmi barədə məlumat verməmişdilər. Bir qədər əvvəl bildirilmişdi ki, COVID-dən əziyyət çəkən insanlar vaxtından əvvəl keçəlləşə bilərlər. Müvafiq açıqlama ilə Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik işlər üzrə direktor müavini Tatyana Rujensova çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB