Yaponiyanın Tokio Universitetinin alimləri dünyanın ilk düşünə bilən robotunu hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, laboratoriyada çoxaldılan canlı beyin hüceyrələrindən istifadə edərək süni intellektlə dəstəklənən robot, alqoritmi səhv qərar verdikdə beyin hüceyrələri tərəfindən stimullaşdırılır. Verilən tapşırıqları uğurla yerinə yetirən robotun insanlar kimi düşünən və öz iradəsinə malik maşınlar dövrünün başlanğıcı kimi tarixə düşdüyü açıqlanıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə