"TikTok" fenomeni həyat yoldaşını öldürüb

"TikTok" fenomeni Əli Əbulaban ("TikTok"da Jinnkid ləqəbli) boşanma ərəfəsində olduğu həyat yoldaşının başqa kişi ilə danışdığını eşidib və evinə basqın edib. Arvadını öldürən Əbulaban edam cəzası ala bilər. SİA xarici mətbuata istinadən bildirir ki, Jinnkid adı ilə açdığı "TikTok" hesabında 940 min izləyicisi olan Əli Abulaban 5 yaşlı qızının planşetinə dinləmə cihazı yerləşdirib. Beləliklə, o, boşanma prosesində olan həyat yoldaşı Ana Abulabanı dinləyə biləcəkdi. Ana Abulabanın dinləmə cihazı vasitəsilə bir kişi ilə danışdığını eşidən Ali qadının ABŞ-ın Kaliforniya ştatındakı evinə basqın edib. Ana Abulaban və onun sevgilisi Rayburn Kadenas Barronu öldürən fenomen ölüm cəzası ala bilər.

Qeyd edək ki, Ali və Ana Abulaban cütlüyü oktyabrın 18-də ayrılıblar.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə