Yerdən daha çox metal ehtiyatı olan iki yeni asteroid kəşf edilib

Uzaq asteroidlərdən nadir metalların Yerə gətirilməsi texnologiyası üzərində işlər davam edir.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu kontekstdə Amerika Kosmos və Aviasiya İdarəsi 2022-ci ildə böyük ölçüdə metal olduğu düşünülən “Psyche 16” adlı böyük asteroidə “Psyche”missiyasını həyata keçirəcək. Bununla belə, NASA 2022-ci ildə yalnız “Psyche 16” orbitinə çıxmağı və asteroid üzərində daha çox iş görməyi planlaşdırıb. Kosmik agentlik 2026-cı ilə qədər Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən asteroidə çata bilməyəcək. Yeni kəşf edilən asteroidlərin 85 faizinin metal olduğu açıqlanıb. Bir asteroiddə Yerin ehtiyatlarından daha çox dəmir, nikel və kobalt olduğu bildirilib.

​Araşdırmada işığı “Psyche 16”-ya bənzəyən iki asteroid, “1986DA” və “2016ED85” araşdırılıb. Tədqiqatçılar müşahidə aparmaq üçün Havay adasındakı NASA İnfraqırmızı Teleskop Mexanizmindən istifadə ediblər. Digər tərəfdən, Günəş sistemindəki ən böyük metal zəngin göy cisminin “Psyche 16” olduğu qəbul edilib. Yerdən təxminən 370 milyon kilometr aralıda yerləşən asteroidin eni 226 kilometrdir. Dəmir və nikeldən ibarət olan Psyche 16-nın formalaşması zamanı uğursuzluğa düçar olmuş planetin nüvəsi olduğu düşünülüb. “1986DA” və “2016ED85”-in səth enləri “Pysyche 16”-dan xeyli kiçikdir və cəmi bir neçə kilometr uzunluğundadır. Bununla belə, onlar Yerə “Psyche”-dən daha yaxındırlar, buna görə də mədənçilik üçün yaxşı hədəflər ediblər.

​Arizonadakı Planet Elmləri İnstitutudan tədqiqatın aparıcı müəllifi Yuan Sançez, “Apardığımız təhlillər göstərir ki, hər iki asteroidin ən azı 85 faizi metal və nikeldən ibarətdir. Bu asteroidlər Yerdə tapılan mezosideritlər kimi bəzi daşlı dəmir meteoritlərə bənzəyir. Biz bu mineral ehtiyatları kəşf etdiyimiz üçün çox sevincliyik” deyə ifadəsini bildirib.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...