Bazar dəyəri 1 trilyon dolları ötür

Hertz-in elektrikli avtomobil icarəsi xidmətinə sərmayə qoymaq qərarından sonra Tesla-nın səhmləri 9 faizdən çox artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səhm dəyəri 1000 dollara yaxınlaşan Teslanın bazar dəyəri ilk dəfə 1 trilyon dollara çatıb. ABŞ-ın avtomobil icarəsi şirkətlərindən biri olan Hertz, bu gün elektrik avtomobil parkını genişləndirmək üçün 2022-ci ilin sonuna qədər 100.000 Tesla avtomobili sifariş etdiyini açıqlayıb. Müştərilərinin noyabr ayından etibarən ABŞ-ın böyük bazarlarında və Avropanın müəyyən şəhərlərində Tesla Model 3 avtomobillərini icarəyə götürə biləcəklərini ifadə edən Hertz, şirkətin qlobal əməliyyatlarında da yeni elektrikli avtomobil doldurma infrastrukturu quracağını açıqlayıb.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...