Gözləri görməyən müəllimə yeni imkan yaradıldı

Elm adamları mikroelektrod, beynin görmə mərkəzinə beyin implantı və eynəklərə bərkidilmiş kamera yerləşdirərək gözləri görməyən kor müəllimə hərfləri yenidən görməyə şərait yaradıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görmə qüsurlu bir müəllimin eynəyinə yerləşdirilən kamera, vizual məlumatları birbaşa beynin görmə mərkəzinə yerləşdirilən mikroelektroda göndərir və həmin şəxsin görməsinə imkan yaradır.

Elm adamlarının illərdir üzərində çalışdıqları bu texnologiya artıq reallığa çevrilib. Miquel Hernandez Universitetinin tədqiqatçılarından biri olan alim Edvard Fernandes deyib: “Biz görmə qabiliyyətini itirmiş insanların funksional görmə qabiliyyətini bərpa etmək üçün bu cür cihazların potensialını nümayiş etdirməklə irəliyə doğru mühüm addım atdıq”. Hətta gözdən əlil müəllim Berna Qomezə video-oyun göstərilib. Oyunda ekranda sol və ya sağ əlində silah tutan Meqqi Simpsonun şəkli göründü və müəllimdən silahı tutan əli düzgün bilməsi istənib. Qomez buna eynək və mikroelektrod arasındakı məlumat qarşılıqlılığı sayəsində nail olub.

Protezlərin bəzi təsirləri məhdud idi. Qomezdən əlifbadakı hərfləri də bilməsi istənilib, lakin sistem bütün hərfləri müəyyən edə bilməyib. Qomez “İ, L, C, V və O” kimi hərfləri ayırd etməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...