Zeytun yağı və duz ilə ağrıları aradan qaldırın - MARAQLI MƏLUMAT

Baş, boyun və oynaq ağrıları insan həyatına olduqca pis təsir edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, təbii vasitələrlə bu problemi həll edə bilərsiniz. Sizə verəcəyimiz bu sadə ev resepti ilə 5 il ağrınız olmayacaq. Bunun üçün bizə 10 xörək qaşığı keyfiyyətli duz və 20 xörək qaşığı zeytun yağı lazımdır.

Bu resepti hazırlamaq üçün çox səy göstərməyinizə ehtiyac yoxdur. Sizə lazım olan tək şey indriqentləri bir şüşə qabda qarışdırmaqdır. Ağzını möhkəm bağladığınız zaman qarışığınızın rəngi iki günə açılacaq. Əsasən səhərlər qarışığı ağrıyan yerə çəkin və ovuşdurun. Ağrı artarsa və buna dözə bilmirsinizsə, ilk seansları 2-3 dəqiqə masaj edin və hər gün bu dəqiqəni tədricən artırın. Mütəxəssislər hesab edir ki, masaj üçün 20 dəqiqə kifayətdir. Ən sonda nəm dəsmal ilə silin. Dəriniz qaşına bilər, bunu aradan qaldırmaq üçün həmin yerə uşaq pudrası çəkə bilərsiniz. Eyni zamanda bu qarışımla orqanizminiz toksinlərdən təmizlənəcək və maddələr mübadiləsi ən sağlam vəziyyətinə gələcək. Unutmayın ki, bu yaxınlarda sağlamlıq müayinəsindən keçməmisinizsə, xroniki bir xəstəliyiniz varsa, müntəzəm dərman qəbul edirsinizsə, həkiminizlə məsləhətləşmədən bu cür müalicələrdən istifadə etməməlisiniz.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...