Avropada gənclər neçə yaşından evdən ayrı yaşayır?

Avropa İttifaqı ölkələrində gənclər orta hesabla 26,4 yaşında ailələrindən ayrı yaşamağa başlayır.

Avropa Statistika Mərkəzi (Eurostat) Avropa İttifaqı ölkələrində gənclərin evdən təxminən neçə yaşında ayrılaraq öz evlərini qurduqları ilə bağlı 2020-ci il hesabatını yayınlayıb.

Hesabata görə, Avropa gəncləri orta hesabla 26,4 yaşından yuvalarından ayrılır.

Qızlar oğlanlardan daha erkən ailə və ya ayrı ev qurur.

Avropada oğlanlar (kişilər) 27,4, qızlar (qadınlar) isə 25,4 yaşında ailələrindən ayrı yaşamağa başlayır.

İsveç Aİ ölkələri arasında gənclərin ən erkən yaşda evdən ayrıldığı ölkədir. Belə ki, bu ölkədə gənclər təxminən 17-18 yaşlarında ayrı evə köçür. Ondan sonra 19,8 yaş ilə Lüksemburq, 21,2 yaş ilə Danimarka və 22 yaş ilə Finlandiya gəlir.

Horvatiyada isə gənclərin evdən ayrılmasında orta yaş 32,4-dür. Ondan sonra 30,9 ilə Slovakiya, 30,2 ilə İtaliya və Maltadır.

Gənclərin ailədən ayrı evdə qalma yaşı Almaniyada 23,8, Fransada 24, Hollandiyada da 24,3-dür.

Türkiyədə isə gənclər orta hesabla 27,8 yaşında evdən ayrılır. Oğlanlar 29,8, qadınlar qızlar isə 25,8 yaşında ayrı evə köçür.

Bütün xəbərlər Facebook səhifəmizdə