Pişiklər üçün koronavirus vaksini yaratdılar

Qazaxıstanda pişiklər üçün koronavirus vaksini yaradılıb.

Sözügedən vaksinin pişiklər üzərində sınaqları keçirilib.

Bildirilib ki, Beynəlxalq Vaksin Mərkəzi tərəfindən pişiklər üçün yaradılan NARUVAX-C19 vaksini paytaxt Nur-Sultanda təşkil olunan Beynəlxalq Kənd Təsərrüfatı Yarmarkasında təqdim olunub.

Qeyd edilib ki, bəzi ev heyvanlarında, xüsusən pişiklərdə koronavirus riski yüksəkdir və bu heyvanların virusun mutasiyasına səbəb olmaq potensialı var.

Bütün xəbərlər Facebook səhifəmizdə