Smartfon əvəzinə... ucuzvari “mampasi”

Vladiqafqaz sakinini aldadan dələduz Şimali Osetiya polisi tərəfindən Rostov vilayətinin Azov şəhərində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin respublika üzrə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Deməli, Vladiqafqaz sakini olan bir qadın məşhur internet saytlarının birində bahalı smartfonun cəlbedici qiymətə satışı ilə bağlı elanla rastlaşıb. Təbii ki, saytın tədim etdiyi şirkətlə əlaqə quran qadını əvvəlcədən ödəmə şərti ilə smartfonun poçtla ona göndərəcəyinə arxayın salıblar.

Beləliklə, zərərçəkmiş pulu diktə edilmiş kartın nömrəsinə köçürüb və oturub smartfon bağlamasını gözləyib.

Qeyd edək ki, qadın bağlamanı alıb, amma bağlamada onun həsrətlə gözlədiyi smartfon əvəzinə...bir neçə kök, elə bir neçə dənə də ucuzvari “mampasi” konfeti olub.

Hədiyyənin haradan göndərildiyini müəyyən edən hüquq-mühafizə orqanlarının əməkdaşları həmən bölgəyə- Rostova gediblər və vilayətinin Azov şəhərində əvvəllər məhkum olunmuş 28 yaşlı bir gənci saxlayıblar. Polis bölməsində hər şeyi etiraf edən gənc, aldığı vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini bildirib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi “Dələduzluq” ilə cinayət işi açılıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə