Mükəmməl səhər yeməyi...yumurta və kərə yağıdır?

Rusiyalı dietoloq Nadejda Tsapkina yumurta və kərə yağının ən yaxşı səhər yeməyi adlandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yumurtalarda 40-dan çox vitamin var - B, A. E, D, K vitaminlərinin əksəriyyəti, həmçinin sağlamlığı qorumaq üçün lazım olan mikro və makro elementlər: maqnezium, sink, kalium, kalsium, selen, mis, manqan, dəmir və s. 100 qram yumurtada 11-13 qram protein var". Bunları bildirən rusiyalı həkim daha sonra təbii kərə yağının insan bədəni üçün super qida kimi təqdim edir: “...A, D, E və K vitaminləri, həmçinin yağ turşuları ilə zəngindir . Yumurta isə asanlıqla həzm olunan bir protein sayəsində əzələ kütləsini artırmağa, artıq xolesteroldan qurtulmağa, sümükləri gücləndirməyə və bədən yağını azaltmağa kömək edir”.

Tsapkina eyni zamanda, həftədə ən çox 3-4 yumurta yemək lazım olduğunu da xatırladıb. Kərə yağı isə pis xolesterini neytrallaşdırmağa kömək edir, toxuma və orqan hüceyrələrinin formalaşmasında mühüm rol oynayır, selikli qişaların fəaliyyətini yaxşılaşdırır.

Bununla belə, diyetoloq bütün bunları ölçülü şəkildə istehlak etməyi də yaddan çıxarmamağı deyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə