Kişilərdə unutqanlıq, qadınlarda keçəlləşmə?

Koronavirusa yoluxmuş xəstələr üzərində Türkiyədə Xəstələri izləmə Mərkəzinin 1 illik çalışmaları maraqlı nəticələr ortaya çıxarıb.

SİA xəbər verir ki, mərkəzin həkimi Murat Köşe birinci ilin sonunda orta yaşlı kişilərdə unutqanlıq, yaddaş zəifliyinin qabardığını bildirib.

Qadınlarda isə saç tökülməsinin keçəlləşmə həddinə çatdığını qeydə alıblar.

Bu 1 il ərzində 5000 xəstə təqib edilib. Onlar 6 aydan bir yoxlanılıb. Türkiyədə ilk dəfə açılan bu mərkəzin fəaliyyətində əsas məqsəd koronavirusa yoluxub sağalmış xəstələrdə virusun təsir və zərərlərini araşdırmaqdır.

Çünki koronavirusun tutmadığı orqan və ya sistem yoxdur.

Koronavirus xəstələrə fiziki və psixoloji yan təsirlər verir. İlk 3 ayda halsızlıq, nəfəs darlığı, sıxılma kimi şikayətlər çox olur. Eləcə də sümük, əzələ ağrısı, baş ağrısı, sərsəmləmə, saç tökülməsi, depressiya, yuxu pozulması, yaddaşsızlıq kimi şikayətlər 1 il ərzində da çox eşidilənlərdən oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...