Rusiyada neftin nə vaxt bitəcəyindən danışırlar

"Rosgeologia”nın baş direktoru Sergey Qorkov Rusiya və ümumiyyətlə bütün dünyada neft ehtiyatlarının tükəndiyini elan etməyə tələsməməyə çağırır.

Onun fikrincə, texnologiyalar inkişaf etdikcə kifayət qədər neft də olacaq. Doğrudur, etiraf edək ki, son zamanlar heç bir böyük neft yataq kəşf edilməyib. Amma o da etiraf edilməlidir ki, bu gün dünya okeanının təqribən 10 faizi tədqiq olunub. Yəni prinsipcə, dünyanın ayrı-ayrı nöqtələrində insana məxsus nə qədər sərvət olduğu hələ ki, qaranlıq olaraq qalır.

Maraqlıdır ki, rusiyalı mütəxəssis 1980 -ci illərdə, 2020 -ci ilə qədər dünyanın neft ehtiyatlarının sona çatacağını xatırladıb: “Amma o vaxtdan bəri qlobal sənaye yalnız istehsalını artırmaqdadır”.

Amma o da maraqlıdır ki, Qorkov da bəzi həmkarları kimi, o da Rusiyada öyrənilən mineral ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edir.

Onun fikrincə, ehtiyatların doldurulması və mineral-xammal bazasının genişləndirilməsi probleminin hərtərəfli həlli, səlahiyyət və vəzifələri aydın şəkildə müəyyən etmək çox vacibdir.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə