Müasir dövrdə xarici dil öyrənmək vacibdir. Əksər hallarda bu proses həddindən artıq maddi vəsait və vaxt tələb edir. Hal-hazırda çoxumuzun öyrənməyə çalışdığı ingilis, rus, Çin, fransız, ərəb, ispan dilləri kifayət qədər çətin dillərdir. Lakin asan dillər də var.

Belə dillərdən biri İndoneziya dilidir. Bu dil yuxarıda qeyd olunanlar qədər beynəlxalq əhəmiyyət daşımasa da, 23 milyon insanın ana dilidir. Bəs bu dili öyrənmək nə üçün asandır?

-Əksər Asiya ölkələrinin fərqli əlifbaları olsa da, İndoneziyada latın əlifbasından istifadə olunur ki, bu da bizim üçün daha asandır.

-Sözlər yazıldığı kimi tələffüz olunur.

-Qrammatikası çox asandır: feillər şəxsə görə dəyişmir, ismin cəmi sözün iki dəfə təkrarlanması ilə düzəlir, qrammatik cins kateqoriyası yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə