“Oturaq həyat alzaymer riskini iki qat artırır”

​Alzaymer riskini azaltmaq üçün hərəkət etmənin əhəmiyyətini vurğulayan Nevrologiya mütəxəssisi həkim Oğuzhan Onultan “İdman edə bilməsəniz də, hərəkət edin. ABŞ və Kanadada aparılan araşdırmalar göstərdi ki, yemək və təmizlik kimi ev işləri belə alzaymer riskini azaldır” deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, idman zalınagetmək məcburiyyətinin olmadığını deyən həkim Onultan, “Amerikada 716 adamla bir araşdırma aparılıb. Məlum olur ki, oturaq həyat tərzi keçirən insanlarda alzaymer xəstəliyi daha aktiv olanlara nisbətən iki dəfə çoxdur. Fəal olmaq üçün idman zalına getmək lazım deyil. Gündəlik ev işləri də hərəkətin əhatəsindədir” deyib.

​Damarları hərəkət edildiyi müddətcə gəncləşdiyini ifadə edən həkim Onultan, “Ateroskleroz riskini azaltmış oluruq. 60 yaşından sonra yeni bir dil öyrənməyə çalışmaq, bir alətdə çalmağı öyrənmək bizim üçün riski azaldan mənalı fəaliyyətlərdir. İşin sonunda insanların MRT -ləri çəkildi və yaşlarına görə beyindəki azalmanın daha aşağı olduğunu görüblər. Xəstələrə tövsiyəm budur ki, hərəkətləri özlərini yormayacaq və məcbur etməyəcək şəkildə etsinlər. Hər şey qədərində edilməlidir” deyib.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...