Dünyanın ən yaşlı kərgədanı ölüb

İtaliyanın şimalındakı Verona şəhəri yaxınlığında yerləşən "Parco Natura Viva" zooparkında saxlanılan dünyanın ən yaşlı kərgədanı ölüb.

SİA xəbər verir ki, 54 yaşlı "Nonno Toby"nin mumiyalanacağı və 5 il əvvəl eyni zooparkda ölən ağ aslan "Blanco"nun yanında Trentodakı "MuSe" elm muzeyində sərgilənəcəyi bildirilib.

Beləliklə "Parco Natura Viva" zooparkında yalnız bir ağ kərgədan qalıb ki, o da 39 yaşlı "Benno"dur.

Nəsli kəsilməkdə olan şimal ağ kərgədan alt növlərindən isə 2-sinin sağ qaldığı, onların da Keniyada 24 saat silahlı mühafizəçilərin nəzarəti altında saxlanıldıqları bildirilib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə