Rusiyada daha “Atalar günü” də olacaq...

Deməli, bu gün- oktyabrın 7-i Rusiyada ilk dəfə olaraq “Atalar günü” kimi qeyd olunur. Yeni bayram Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsis edilib. Beləliklə, “Atalar günü” hər il oktyabrın üçüncü bazar günü qeyd olunacaq.

Qeyd edək ki, bayram şərəfinə Rusiyadakı bəzi muzeylər və mədəniyyət yerləri xüsusi tədbirlər hazırlayacaq.

Ödənişsiz ekskursiyalar Moskvadakı VDNKh -da səhər saat 11 -dən gecəyə qədər keçiriləcək.

Paytaxtın Zaryadye Parkında ustad dərsləri, mühazirələr, canlı söhbətlər və "Atalar və oğullar" tamaşasının açıq məşqi keçiriləcək.

Xatırladaq ki, “Atalar Günü” prezidentin fərmanı ilə “ailə institutunu gücləndirmək və uşaq yetişdirməkdə atalığın əhəmiyyətini artırmaq” məqsədi ilə təsis edilib.

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə