Kırkpınar yağlı güləşin tarixi

Kırkpınar yağlı güləşinin dünyanın ən uzun müddət davam edən idman yarışı olduğunu bilirsinizmi? SİA bu barədə türk mətbuatına istinad edir.

Türklərin ata idmanı olaraq qəbul edilən güləş bəşər tarixinin ən qədim idman növlərindən biridir. Türkiyədə güləşdən bəhs edərkən xatırlanan ilk şey Kırkpınar yağlı güləşidir. Yağlı güləş güləşçilərin bel və ayaq biləkəri iplə bağlı dəri şalvar (kispet) geyindikləri və zeytun yağı ilə yağlanaraq otların üstündə yarışdıqları bir güləş növüdür. 14-cü əsrdə ortaya çıxan bu yağlı güləş yarışması dünyanın ən uzun davam edən idman hadisəsi sayılır.

Rəvayətə görə, Kırkpınar yağlı güləşləri 1361-ci ildə Türklərin Trakyaya (Frakya) keçməsi ilə başlayıb. 650 ildən çox müddətdir təşkil edilən yarışlar Ədirnə vilayətinin Sarayiçi mahalında keçirilir. Bir həftə davam edən "Kırkpınar Yağlı Gürəşləri" iyun ayının sonu və iyul ayının əvvəlində təşkil edilir. Müsabiqələrdə qalib gələn gürəşçi "Başpəhlivan" adını alır və qızıl kəmər qazanır və bir il sonrakı yarışa qədər bu qızıl kəmərə sahib olur.

Kırkpınar yağlı güləşi 2010-cu ildən bəri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısında yer alır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...