Qalın paltarları qurutmağın ASAN YOLLARI BUNLARDIR

Hava soyuyanda evlər də soyuyur. Eviniz kifayət qədər isti deyilsə, paltaryuyan maşından çıxardığınız paltarlar daha gec quruyur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əslində qışda daha qalın paltar geyindiyimiz üçün bu paltarların quruması çətinləşir. Bəs, paltarları daha tez qurutmağın bir yolu varmı? Geyimlərin daha tez qurudulması üçün bir neçə vasitə:

Evdə ayrı bir quruducunuz yoxdursa və vaxtınız məhduddursa, paltarlarınızı daha tez qurutmaq üçün paltaryuyan maşındakı qurutma dərəcəsini artırmalısınız. Ancaq diqqətli olun, yun geyimlər zədələnə bilər.

Yüksək sürətlə qurutduğunuz paltarları asmazdan əvvəl ütü masasına qoyun, üzərinə təmiz bir dəsmal qoyun və yaxşı basaraq ütüləyin. Arada bir dəfə tərs çevirin. Beləliklə, hər tərəfdən bərabər quruyacaq. Sonra saç qurutma cihazı ilə bir müddət havalandırın.

Paltarlarınızı otaqda qurudursanız, asqıya çox yaxın asmayın. Bu şəkildə assanız, digər paltarlarınızın daha gec qurumasına səbəb olacaq. Bu səbəblə hava axınının baş verməsi üçün aralarında bir məsafə saxlayın.

Əgər kombiniz çalışırsa, onları kombinin üzərinə qoya bilərsiniz, ancaq bu, otağınızın temperaturunu bir qədər aşağı sala bilər.

Yeri gəlmişkən, paltar qurutduğunuz otaqda yatmayın. Kombinin üzərinə qoyulan çamaşırlar, sıx buxarlanma səbəbindən otaqdakı oksigen və rütubət tarazlığını pozur.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə