"İnsanları aldatmayın... koronavirus bitməyəcək..."

Keçən həftə baş tutan Beynəlxalq Biofarmakologiya həftəsində Şanxay infeksion xəstəxanasının rəhbəri Çjan Venhun çıxışında pandemiyadan danışıb.

SİA xəbər verir ki, o, hətta kütləvi vaksinasiyanın belə bundan sonra koronavirusun yayılmasının qarşısını ala bilməyəcəyini deyib.

“Vaksinasiya epidemiyanı tam nəzarətə almaq üçün yetərli deyil, lakin xəstəlikdən ağırlaşma və ölümlərin qarşısını ala biləcək. Məsələn, Sinqapurda 80% kütləvi immunitet var, lakin yoluxma azalmır. ABŞ-da iki dəfə vaksin olunanlar xəstələnir. Bu belə də olacaq. Peyvənd ancaq və ancaq ölüm sayını azaltmaq üçündür.

Yaxın gələcəkdə planetin sakinləri xəstələnmə və vaksin hesabına kollektiv immunitetə sahib olacaq. Yalnız ondan sonra koronavirusla bizi nələrin gözləyəciyini demək olar”.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə