“Ölüm qoxusu”nu insan əvvəldən hiss edirmiş

Xatırlamış olarsınız bir neçə il bundan əvvəl Böyük Britaniyadan olan alimlər ölümdən dərhal sonra insan meyitinin hansı qoxuya malik olduğunu müəyyən etmişdilər. Maraqlıdır ki, onların iddialarına görə, ölümdən dərhal sonra meyit təzə biçilmiş ot qoxusu verir.

Budur, indi də tədqiqatlarımı davam etdirən britaniyalı alimlər bu dəfə qoxunun köməyi ilə yaxınlaşan ölümün müəyyən edilə biləcəyini öyrəndiklərini iddia edirlər.

Məsələn onların iddiasına görə, insanın öldüyü anda bədənində müəyyən prposeslər gedir və bu müddətdə bir çox ətirlər sərbəst buraxılır ki, insan da bunu hiss edir. Yenə də ingilis iddiasına görə, bu ətirlərdən biri də putrestsin iyi olur. Britaniyalı elm adamlarının sözlərinə görə, bu, hətta ölümdən bir il əvvəl də baş verə bilər.

Nazlı

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə