Dişləri ağardan təbii diş məcunu necə hazırlanır? - FOTO

Marketlərdə satılan diş məcunlarının çoxunda zərərli maddələr var. Bu həm dişlərinizə, həm də fiziki sağlamlığınıza son dərəcə zərər verə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəflərdəki diş məcunlarında aspartam adlanan süni bir dadlandırıcı da var. İndi sizə sadə və ucuz maddələrlə öz diş məcununuzu necə hazırlaya biləcəyinizi söyləyəcəyik. Üstəlik, bu diş məcunu dişlərinizi təmizləməkdən də əlavə ağardacaq. Evdə hazırlanan diş məcunları, mağazalarda satılanlardan daha zərərsizdir və diş ətlərinə zərər vermir.

​Ev üsulu diş məcunu üçün ehtiyacınız olan ən vacib maddə aktivləşdirilmiş kömürdür. Aktivləşdirilmiş kömür dişlərdəki çay və qəhvə ləkələrini aradan qaldırır və daha ağ dişlərlə təmin edir.

​Digər əhəmiyyətli bir maddə yumurta qabığı tozudur. Yumurta qabığının zəngin bir kalsium qaynağı olduğunu eşitmiş ola bilərsiniz. Zamanla hətta dişlərinizi də reminalizasiya edir.

​Ehtiyac duyduğunuz son vacib maddə hindistan qozu yağıdır. Hindistan qozu yağı ağız və diş gigiyenasını qorumağa kömək edir və ağız qoxusunun, diş çürüməsinin, çürüklərin və gingivitin qarşısının alınmasında mühüm rol oynayır. Ağızdakı zərərli bakteriyalara hücum edərək diş həssaslığını da azaldır.

​Evdə diş ağardıcı məcun hazırlamaq istəyirsinizsə, sizə lazım olan maddələr bunlardır: yarım ç.q aktivləşdirilmiş kömür, 1 y.q yumurta qabığı tozu, 1 y.q ərinmiş hindistan qozu yağı

Hazırlanması:

​Aktivləşdirilmiş kömürü bir qaba qoyun və üzərinə yumurta qabığı tozu əlavə edin. Sonra 1 xörək qaşığı ərinmiş sızma hindistan cevizi yağı əlavə edin.

Tərkibləri məcuna bənzəyən bir tutarlılığa çatana qədər metal olmayan bir qaşıq ilə qarışdırın. Sonra hava keçirməyən bir qaba qoyun. Məcununuz hazırdır.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...