Qlütenin faydaları və zərərləri nələrdir? - BİLMƏNİZ VACİBDİR

Gündəlik həyatımızda qəbul etdiyimiz bir çox qidada qlüten olur. Bu səbəbdən, bilmədən qlüten tərkibli qidaları yeyirik. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir çox həkimlər, faydasından daha çox zərər verdiyini iddia edərək, istifadə etməyi məsləhət görmür.

Xüsusilə uşaqlarda qlüten davamlı olaraq istehlak edildikdə, iştahsızlıq və narahatlıq kimi şikayətlərə səbəb olur. Eyni zamanda, uşaqları qlütenli qidalarla qidalandırmaq onların gələcəkdə daha da əsəbi və aqressiv olmasına səbəb olur. Həzm pozğunluğu olan bir şəxs qlüten tərkibli qidalar istehlak edərsə, həzm pozğunluqları şikayətləri tədricən artar. Bu səbəbdən, həzm problemi olan insanlar üçün qəbizlik və bədənin şişməsi kimi hallarda qlüteni azaltmaq və ya heç yeməmək son dərəcə vacibdir. Bu şəkildə bağırsaqlar daha yaxşı fəaliyyət göstərir.

Qlütenin bir çox xəstəliyə səbəb olduğu məlumdur. Bu xəstəliklərdən bir neçəsini sizə təqdim edirik:

Autizm

Autizm problemləri, xüsusən qlüteni olan qidalarla daim qidalanan uşaqlarda ortaya çıxır. Araşdırmalar nəticəsində mütəxəssis həkimlərin rəyinə görə, müntəzəm olaraq qlütenli yeməklərlə qidalanan uşaqlarda autizm riskinin daha yüksək ola biləcəyi qənaətinə gəlinmişdir.

Xərçəng

Xüsusilə, qlüten xərçəngə səbəb ola bilər. Bağırsaqlara birbaşa mənfi təsir göstərdiyi üçün bağırsaqlarda iltihab, bağırsaq sindromu və kolon xərçəngi kimi xəstəliklərə səbəb ola bilər. Digər xərçəng növlərinin səbəbinin də məhz qlüten olduğu bildirilib.

Şəkərli diabet

Cəmiyyətimizdə ən çox rast gəlinən xəstəliklərdən biri olan diabet, insanlar arasında şəkərli diabet kimi də tanınır. Diabet insulin müqaviməti ilə ortaya çıxır. Bir çox xəstəliyin səbəbi olaraq da bilinən diabet təhlükəli və ölümcül ölçülərə çata bilər. Bu səbəbdən diabetli xəstələrin mütləq qlütensiz qidalar yeməli olduqları bildirilib.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə