İqlim dəyişikliyi həyatımızın bir çox sahəsinə təsir edir. Qlobal istiləşmə zamanla əksər kənd təsərrüfatı məhsullarının tükənməsinə səbəb ola bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu məhsullardan biri də qəhvədir. Lakin finlandiyalı elm adamları laboratoriya şəraitində qəhvə istehsal etməyi bacarıblar.

Elm adamlarını bu addıma təşviq edən dəyişən hava şəraiti nəticəsində istehsalın günü-gündən çətinləşməsi və bunun da qəhvənin qiymətinin bahalaşmasına gətirib çıxarmasıdır. Finlandiyanın Espoo şəhərində yerləşən elmi-texniki tədqiqatlar mərkəzi tərəfindən süni qəhvə istehsalına başlanılıb. Alimlər laboratoriyada qəhvə istehsalının bir çox müsbət tərəfinin olduğunu vurğulayıblar.

Təsdiq edilərsə, 2025-ci ildən etibarən sözügedən qəhvənin satışına başlanılacaq.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə