Genogram nədir? Psixologiyada genogramda hansı məlumatlar yer alır?
Genogram, nəsillər arasında əlaqələri, ailə dinamikasını və əhəmiyyətli hadisələri göstərmək üçün istifadə olunan bir ailə xəritəsidir. Genogram hər dəfə fərqli simvollardan istifadə etməklə yaradıla bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, genogramlar ailənin həm güclü, həm də zəif tərəflərini əyani şəkildə ifadə etmək üçün istifadə olunur. Soy ağacı ilə bəzi oxşarlıqları olan genogram, ümumiyyətlə daha əhatəli bir anlayış olaraq ifadə edilə bilər. Soy ağacının daha inkişaf etmiş bir versiyası hesab edilən genogram, fərdlər arasındakı əlaqələri də ətraflı şəkildə göstərir.
Genogram yalnız ailədəki insanların adlarını deyil, həm də insanların bir -biri ilə necə əlaqəli olduğunu göstərir. Genogram, ailənin hekayələrini və dəyərlərini də göstərir. Ailələrin keçmişindəki bütün dəyərlərin yeni nəsillərə ötürülməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu texnika bir çox sahədə istifadə olunan simvol kimi tanınır. Cinsiyyət, evlilik, uşaqlar və münasibətlər genogram simvollarında fərqli simvollarla təmsil olunur.
Genogramda:
Müxtəlif nəsillərdən olan ailə üzvlərinin adları daxil edilmişdir. Genogramda fərdlərin qohumları var. Ancaq bütün qohumları genoqrama daxil etmək mümkün deyil. Ümumilikdə, insanların valideynləri, qardaş-bacıları və valideynlərinin qardaş-bacıları genogramda yer alır. Cütlüklərlə genogram xəritəsi tərtib edilərkən, hər iki tərəfin də ailələrini yazmaq lazımdır. Buraya ailə vəziyyəti, uşaqların vəziyyəti, münasibətlər, demoqrafik məlumatlar və funksiyalar daxil edilməlidir.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB