...Deməli, yaponlar ömrü artıran qidaların siyahısını tərtib ediblər. “ InoSMI”-nin məlumatına görə, siyahı Tokio Sağlamlıq və Uzunömürlülük Araşdırmaları İnstitutunun mütəxəssisləri tərəfindən təqdim edilib.
Beləliklə, yapon alimlər yüzilliklərin daha çox yediklərini, ancaq sağlam qidalardan istifadə etdiklərini aşkar ediblər. Nədir bunlar?
Birincisi, pəhriz bədəndəki metabolik proseslərdə iştirak edən protein ehtiva etməlidir. Bu isə əsasən, ət, yumurta, balıq və soya məhsullarında tapıla bilər.
İkincisi, dişlərin və sümüklərin sağlamlığına diqqət yetirmək və kalsium və maqneziumun üstünlük təşkil etdiyi düzgün qidalanma ilə gücləndirmək lazımdır. Bu maddələrin hər ikisi pendir, qoz -fındıq və brokkolidə olur.
Qeyd edək ki, indi 111 yaşında olan Avstraliya vətəndaşı Dexter Krueger, bu yaşa çatmasını daha çox düzgün idalanma ilə əlaqələndirib. Onun dediyinə görə, düzgün qidalanma qocalmanın da qarşısını alır.
Onun dediyinə görə, əsasən toyuq beyini ilə yanaşı öz bağça və təsərrüfatındakı məhsulları yeyir. Uzunömürlü heç vaxt içmədiyini və siqaret çəkmədiyini və hər səhər idmanla məşöul olduğunu bildirib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB