Uşağın adı uzundur deyə şəhadətnamə verilmir

İndoneziyada valideynlər 3 ildir uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmirlər. SİA bu barədə xarici mətbuata istinad edir.

Buna səbəb uşağın uzun adının olmasıdır. Belə ki, bu il 3 yaşı tamam olan uşağın adı Ranqta Madhipa Sutra Civa Kordoseqa Akre Ashala Moğul İlhanat Əkbər Sahara Pi-Tarix Ziyad Şayfudin Kutuz Xoşala Sura Talentdir. Ana-atası onu qısaca Kordo deyə çağırırlar.

Uşağın atası Arifin sözlərinə görə, bu adı islam sivilizasiyası ilə bağlı olduğu üçün oğullarına veriblər: “Onun qlobal bir dünyagörüşü və xəyallarını həyata keçirmə gücü olacaq”,

Problemi həll etmək üçün onlar İndoneziya Prezidentinə məktubla müraciət ediblər. Belə ki, uşaq 2023-cü ildə birinci sinfə getməlidir və şəhadətnamə olmadan məktəbə qəbul edilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə