Pişiyiniz sizi sevirsə, ehtimal ki, qoxunuzu sevir və ya onu ən çox bəsləyən və onunla oynayan insan sizsiniz. Bir pişiyiniz varsa, bilin ki, bəzən sizi izləyəcəklər və bəzən də sizi tamamilə görməzdən gələcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, pişiyinizin bədən dili haqqında bir neçə ipucu bilmək, onunla ünsiyyət qurmanızı asanlaşdıracaq. Pişiyinizlə bir mütəxəssis kimi ünsiyyət qurmağınıza imkan verən bir neçə taktikalar bunlardır:
Quyruq hərəkətlərinə diqqət yetirin
Pişiyinizin quyruğu yuxarıya doğru əyilmiş və yavaş-yavaş hərəkət edərsə. pişiyiniz sizi görməkdən xoşbəxtdir. Ancaq pişiyinizin quyruğu düz qalxırsa, daim titrəyirsə, o zaman qəzəbli, qorxulu və aqressiv ola bilər.
Gözlər qəlbin aynasıdır
Pişiyiniz sizə qəşəng, qaranlıq və dərin bir baxışla baxırsa, bu sizi sevdiyini, sizinlə rahat olduğunu bildirir. Əgər pişiyinizin göz bəbəkləri genişlənirsə, deməli o biraz qorxur ya da həyəcanlıdır.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB