Gecə yatmazdan əvvəl balqabaq toxumu yesəniz nə olar? - FOTOLAR

Balqabaq meyvəsinin içini qurutmaqla əldə edilən balqabaq toxumu məşhur qoz-fındıq arasındadır. Mis, sink, maqneziumla zəngindir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tapılması asan və yeməyi xoş olan bu atışdırmalığın faydaları çoxdur. Sinklə çox zəngindir. İltihabı azaldır. Hüceyrələri sərbəst radikallardan qoruyur. Balqabaq toxumundakı yüksək lif sayəsində sümükləri gücləndirir.

​Xüsusilə yaşlı qadınlarda sümük və əzələ itkisinin qarşısını alır. Həzm sisteminə təsir edən parazitləri bədəndən çıxarmağa kömək edir. Gecələr yatmazdan əvvəl qəbul edildikdə, istirahət edən və yenilənən hüceyrələrin funksiyalarını artırır və rahat yatmağınıza imkan verir. Balqabaq toxumu zəngin E vitamini ehtiva edir, beləliklə göz sağlamlığını qoruyur.

​Zəngin dəmir tərkibi sayəsində dəmir çatışmazlığı və anemiya üçün faydalıdır. Beyin sağlamlığı üçün vacib qidalar olan bir ovuc balqabaq toxumu qəbul edildikdə gündəlik sink ehtiyacını qarşılayır və yaddaşı gücləndirməyə kömək edir. Balqabaq toxumu arıqlamağa kömək edir. Şəkərli diabet, ürək xəstəliyi və piylənmə kimi xəstəliklərin inkişaf riskini azaldır. İmmunitet sistemini gücləndirir və prostat xəstəliklərindən qoruyur.

Balqabaq toxumu kalorili zəngin bir qida olduğundan həddindən artıq çəki qəbulu problemlərinə səbəb ola bilər. Mədə narahatlığı olan insanların gündə bir ovucdan çox yeməyi tövsiyə edilmir.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə