Heykəlinin postamentə ehtiyacı olmayan kansler

Almaniyalı heykəltəraş Vilhelm Kox kansler Angela Merkelin atlı heykəlini hazırlayıb.

Qeyd edək ki, bu barədə “Spiegel” xəbər verir.

Beləliklə, hündürlüyü 2,7 metr olan heykəlin 2022-ci ilin yazına qədər Bavariyadakı Tempel-Muzeyinin qarşısında quraşdırılacağı ehtimal olunur.

Heykəl 3D çap üsulu ilə hazırlanıb. Merkelin əyilmiş qolları ilə oturduğu at Amerika Quarter Horse cinsinə aiddir, yəni bu atlar əsasən qısa məsafələr üçün yarışan atlardır. “Siyasətdən asılı olmayaraq, xanım Merkel bir simvoldur. Demək olar ki, hər kəs bu ikonun detallarını bilir”.

Bunu da yaratdığı heykələ diqqət çəkilən Kox bildirib.

Qeyd edək ki, heykəltəraş Merkelin “çox təvazökar” olduğunu nəzərə alaraq yaratdığı heykəlin postamentə ehtiyacı olmadığını bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Almaniyada Merkelin şəkilləri olan şirniyyatların satıldığı bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə