Kitab oxumağın bir çox faydası var. Söz ehtiyatının artması, özünü daha yaxşı ifadə etmək qabiliyyəti və yaddaşın güclənməsi bunlardan yalnız bir neçəsidir. İdman etmək fiziki sağlamlığınızı gücləndirdiyi kimi kitab oxumaq da zehnin güclənməsinə kömək edir.
Kitab oxumaq vərdişinə sahib olan uşaqların imtahanlarda digərlərindən daha üstün olduğu müşahidə edilir. Kitab oxumaq vərdişinin bu qədər böyük əhəmiyyət kəsb etdiyini bilən valideynlər, “Təəssüf! Uşağım kitab oxumur "deyə narahatdır. Elə isə uşaqlara kitab oxumaq vərdişini necə aşılaya bilərsiniz? SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, valideynlər uşaqlara kitabları erkən yaşlarından tanıtmalıdırlar.
Uşağınız üçün aldığınız ilk kitab uşağınızın oxumağı öyrəndiyi zaman olmamalıdır. Uşağınıza erkən yaşlarında oxuduğunuz kitablar onun oxumaq vərdişinin əsasını təşkil edəcək. Kitab səhifələrindəki şəkillərdən danışmaq belə uşağınızın kitablarla müsbət əlaqələr qurmasına kömək edəcək. Kitabları oxuduqdan sonra uşağınızla hekayəni danışın. Suallar verin və ona sual verməsi üçün yer yaradın. Uşaqları kitab oxumaq vərdişinə qovuşdurmağın ən yaxşı yolu yaxşı bir model olmaqdır. Bir çox davranış kimi, uşaqlar da görərək oxumağı öyrənirlər. İşdən evə gələn və telefonunu əlində yerə qoymayan, televizordan və ya kompüterdən gözünü çəkməyən valideynlərin uşaqlarının mütəmadi olaraq kitab oxumasını gözləmələri çox real olmazdı.
Oxumaq vərdişini qazanmaq üçün uşağınızın maraqlarına və inkişaf səviyyəsinə uyğun kitabların seçilməsi çox vacibdir. Bu seçimi edərkən diqqətli olmaq lazımdır. Siz valideynlər əvvəlcə uşağınız üçün aldığınız kitabı oxumalısınız. Oxuduqca bu kitabın uşağıma maraqlı olub-olmadığını düşünün. Uşağınıza kitab məşhur olduğu üçün oxumayın. Unutmayın, uşağınızın ilk kitablarını seçərkən bələdçi sizsiniz.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə