Dərimizi ölü hüceyrələrdən təmizləmək və rəng bərabərliyini təmin etmək üçün gündəlik dəriyə qulluq prosedurdan sonra ikinci addım olaraq dərimizi toniklə dərindən təmizləməkdir. Bəs evinizdəki məhsullarla təbii tonik hazırlamağın mümkün olduğunu bilirdiniz?
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, toniki evdə tez-tez içdiyimiz çay və ədviyyatlarla hazırlamaq olar.
Təbii tonik olaraq təyin olunan meyvə və tərəvəzlərin sərin bir mühitdə və ya soyuducuda saxlanılması lazımdır. Evdə hazırlanan təbii toniklərin 1 həftə ərzində istifadə edilməlidir. Bu səbəbdən, tonikinizin dərhal xarab olmaması üçün həftəlik hazırlanması daha yaxşı olar.
Evdə hazırlanan tonikləri gündüz deyil, axşam istifadə etməliyik. Bütün meyvələrin və bəzi tərəvəzlərin qabığının iç hissəsinin tonik olaraq istifadə edilə bilər. Alma, kivi, armud, üzüm, naringi, portağal, gavalı, çiyələk və qarpızdan istifadə etmək olar.
Gün ərzində çölə çıxmamışdan qabaq təbii toniklərdən istifadə etmək olmaz. Çünki qidaların tərkibindəki maddələr işığa həssaslıq yarada bilər və dəridə ləkələnməyə səbəb ola bilər.
Unutmamalı olduğunuz başqa bir şey təbii olmasına baxmayaraq, hər bir maddənin allergiya riski vardır. Tətbiq əsnasında və ya daha sonra qaşınma, yanma, batma kimi hisslər yaranarsa, dərini dərhal bol su ilə yuyub bu tonikdən istifadəni dayandırmalıdır.
Yaşıl çay toniki resepti
1 yaşıl çay paketini 2 stəkan qaynar suda 10 dəqiqə isladın. İçərisinə dörddə bir limonun suyunu sıxın, soyuduqdan sonra tonik olaraq istifadə edin. Sərin yerdə və ya soyuducuda saxlayın. 1 həftə ərzində istifadə edin.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB