Kral ailəsinin əla görünməsinin 6 sirri bunlardır

Britaniya Kral ailəsini hər zaman əla görünməsinin 6 sirri hansılardır? SİA xarici mətbuata istinadən verdiyi məlumata görə Britaniya Kral Ailəsi, davranışları kimi, üslubu ilə də xalq arasında məşhurdur. Hər zaman möhtəşəm görünmək üçün səy göstərdikləri üçün yaxından izlənilən Kral ailəsi bunun fərqindədirlər. Amma unutmaq olmaz ki, onlar da adi insanlardır. Krallar məftunedici görünmək üçün bəzi sadə fəndlər tətbiq edirlər.

Salamlaşarkən çanta taktikası - Əl təmasından xoşlanmayan Kembric Düşesi kiçik əl çantalarından istifadə edir. Əl çantası ilə əllərini birləşdirərək ön hissədə tutur.

Həmişə parlaq rənglərdən istifadə etmək - Kraliça Elizabeth izdihamın diqqətini çəkmək üçün parlaq və canlı rənglər geyinməyi üstün tutur. Parlaq rəng tonları insanların xatirələrində xoş iz buraxmaq və tez tanınmaq üçün yaxşı bir yoldur.

Əlcəklərdən istifadə etmək - Kraliça Elizabeth daim əlcək taxması ilə tanınır. Əlcəklər son dərəcə xoş görünür və həm də salamlaşma və əl sıxma zamanı əlavə qoruma təmin edir. Şahzadə Diana isə əl sıxdığı insanlarla təmasda olmaq üçün əlcək ənənəsini pozub.

Tac taxmaq - Kraliçaların axşam tədbirlərində tac taxması adətdir. Bəs sizcə, taclarını başlarından düşməmək üçün nə edirlər? Bəzi kraliçalar tacının altına kiçik bir hörük düzəldir və tacı ora taxırlar. Digərləri isə tacı ilə eyni saç rəngli bir sarğı və ya tel ilə başlarına düzəldirlər.

Papaq seçimi - 50-ci illərdən əvvəl kral qadınlarını papaqsız görmək mümkün deyildi. İndi yalnız rəsmi tədbirlərdə şapka taxırlar. Hər bir kral qadın zövqünə uyğun şapka taxır.

Saç hiyləsi- Kembric Düşesi Kate Middletonun istifadə etdiyi şəffaf saç rezinləri tədbirlər zamanı və saçının üzünə dağılmasının qarşısını alır.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə