Latviyada peyvənd olunmayanlar marketlərə buraxılmır

Latviya peyvənd olunmayan sakinlərin marketlərə daxil olmasını qadağan edən qərar qəbul edib.

SİA –nın əldə etdiyi məlumata görə, bunu mətbuat konfransında Latviyanın baş naziri Krişyanis Karinş deyib. Onun sözlərinə görə, sakinlər yalnız zəruri mallar satılan yerlərə daxil ola biləcək.

Xatırladaq ki, Latviyada əhalinin 50 faizi COVID-19 əleyhinə peyvənd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə