Ən qısa müddətdə makiyaj etməyin sirrləri bunlardır

Qadınların çoxu boş zamanları olmadığı üçün makiyaj etmədiklərini söyləyirlər. 80-cı illərdə edilən ağır makiyajlar üçün bu, etibarlı ola bilər. SİA xəbər verir ki, ancaq vəziyyəti bu günün trendlərinə baxaraq qiymətləndirsək, artıq makiyaj etmək üçün bir-iki saata ehtiyacınız yoxdur.

Tonal krem ve pudra

Makiyajda ilk addım təmiz dərinizə nəmləndiricinizi sürtdükdən sonra tonal kreminizi tətbiq etməkdir. Xüsusilə isti yay günlərində tonal krem istifadə etmək istəmirsinizsə, göz altlarınıza, ya da üzünüzdə bağlamaq istədiyiniz hər hansı bir iz varsa, oraya bağlayıcı tətbiq edə bilər və üzərinə də pudranızı çəkə bilərsiniz. Bu əməliyyat cəmi 2 dəqiqənizi alacaq.

Ənlik

İlk addımı tamamladıqdan sonra üzünüzə yüngül rəng vermək üçün şaftalı, ya da çəhrayı tonlarında ənlik tətbiq edin. İstəsəniz, mövsümün dəbi olan qızıl parıltıları daşıyan bürünc tonlarda ənlikləri də seçim edə bilərsiniz. Bu əməliyyat ən çox 30 saniyənizi alacaq.

Gözlər

İndi sıra gözlərinizdədir! Digər iki addımı tamamladıqdan sonra təxminən iki yarım dəqiqəniz qalır. Bu müddət içində rahat-rahat göz makiyajınızı edə bilərsiniz. Təbii tonlarda bir göz farasını göz qapağınıza və üst bölgəyə əsas olaraq tətbiq edin. Daha sonra gözlərinə yüngül işıltı vermək üçün göz qapağınızın üzərinə qızıl, ya da mis tonunda yüngül fara tətbiq edin. Daha sonra göz qələminizlə gözünüzün üst qisminə çox qalın olmadan qələm çəkin və kirpik üçün tuşunuzu sürün. Bu əməliyyatlar ən çox iki dəqiqənizi alacaq.

Dodaqlar

Geriyə ən son və asan addım qalır: dodaq boyası sürtmək. Bunun üçün təbii makiyajınıza yaraşan, dodağınızın rəngindən bir-iki ton daha tünd bir dodaq boyası, ya da yüngül rəngli bir parladıcı seçə bilərsiniz. Bu əməliyyatı etmək üçün 30 saniyədən daha az vaxta ehtiyac olacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə