Deduksiya, induksiya və onun nəzdində olan mücərrədlik

Bu iki fəlsəfə termini mühakimə və tədqiqat prosesini təşkil edir, prosescə əks olan fəaliyyət göstərir. Yəni biri spesifikləşidirir, digəri isə ümumiləşdirir. Belə ki, deduksiyanın verdiyi məlumatı konkretləşdirməyə ehtiyyac var. O konkret deyil və isbat tələb edən fərziyyədir. Deduksiya isə mühakimənin əsasında olan konkret faktdır.

Məsələn, insan orqanları bir müddət sonra sıradan çıxır, deməli bütün insanlar öləcək. Çünki bütün insanların orqanları var və onların həyatı orqanlardan asılıdır.

Digər tərəfdən isə induksiya həmişə, hamı tərəfindən qəbul olunmur. Məsələn Tanrının varlığı sübut olunmayıbsa bu induksiya prosesində qalıb. Ümumilikdə fəlsəfə, siyasət və hümanitar elmlər induksiyaya əsaslanır. Çünki onlar sadəcə fikirlərə əsaslanır, hansısa riyazi əməl kimi konkret deyildir. Elə bu müərrədlik də siyasət və fəlsəfə arenasını yaradır. Beləliklə, fikirlərin döyüşü, yarışması baş verir. Nəticədə onlardan daha aktual olanı qüvvəyə minir.

Deməli fəlsəfə, fikir çoxluğunun düşüncəsi nəticəsində yaranıb öz təsdiqini tapır. Digər azlıq isə çox zaman öz həqiqətini itirib digərini qəbul etmək məcburiyyətində qalır.

Beləliklə, düşünmək sənətinin verdiyi azadlıq nə qədər müsəbətdirsə, onun yaratdığı çoxluğun tiraniyası da bir o qədər mənfidir. Bu bir növ protonların və ionların bərabərliyinə bənzəyir. Sırf bu tarazlığa görə balans qorunur və öz mövcudluğunu saxlayır.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə