ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb. SİA-nın xəbərinə görə, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
Prezidentin sözlərinə görə, bu addım Kanadada ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın tarif siyasəti ilə bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı yayımlanması ilə əlaqədardır. “Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyəri 75 min dollar olub. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına təsir etmək üçün etdilər. Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu səbəbdən Kanada ilə bütün ticarət danışıqları dayandırılır”, - Tramp bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB