“Antares” kosmik raketinin Beynəlxalq Kosmik Stansiyaya uçuşu son anda dayandırılıb
NASA TV-də yayımlanan canlı yayımda "Antares" raketinin "Cygnus" raket daşıyıcısı ilə Beynəlxalq Kosmik Stansiyaya buraxılışına 2 dəqiqə qalmış uçuş dayandırılıb.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, raket kosmik stansiyaya 1,6 ton texniki avadanlıq, təxminən 1 ton elmi tədqiqatlar üçün nəzərdə tutulmuş material, habelə heyət üçün 757 kiloqramlıq yük və digər əşyalar qaldırmalı idi. Uçuşun hansı səbəbdən dayandırılması açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB