Yadplanetlilərin səsini eşidəcəksiniz Mütləq izləyin! (VİDEO)

Yadplanetlilərin səsini eşidəcəksiniz Mütləq izləyin! (VİDEO)

Uzun müddətdir yadplanetlilərin mövcud olması barədə fərziyyələr irəli sürülsə də, onların varlığını təsdiq edən tutarlı faktlar hələki əldə edilməyib. Lakin Avstraliyada yerləşən kosmik mərkəzin qeydə aldığı qeyri-adi səslər yadplanetlilərin mövcudluğu barədə iddiaları növbəti dəfə gündəmə gətirib.

Kosmik Siqnal Mərkəzlərinin qeydə aldığı radio dalğaları araşdıran elm adamları, bu səslərin yer planeti xaricindən gəldiyini iddia edir. Onların sözlərinə görə, Samanyolu Qalaktikasının xaricindən göndərilən səslər yadplanetlilərin yerə ötürdüyü hansısa mesajı ifadə edir. Lakin bunun hansı anlam kəsb etdiyi hələki məlum deyil.

Qeyd edək ki, "Ani radio partlayışı" olaraq adlandırılan həmin radiodalğalar ilk dəfə 2007-ci ildə Yer kürəsindəki müxtəlif kosmik mərkəzlər tərəfindən qeydə alınmışdı. Bu səslərin sirri hələ açılmasa da, son illər oxşar kosmik dalğaların daha çox ötürüldüyü vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə