2016-cı ildə keçiriləcək Avropa çempionatının püşkatma səbətlərinin tərkibi açıqlanıb

2016-cı ildə keçiriləcək Avropa çempionatının püşkatma səbətlərinin tərkibi açıqlanıb

2016-cı ildə keçiriləcək Avropa çempionatının püşkatma səbətlərinin tərkibi açıqlanıb. "Avro-2016"nın püşkatma mərasimi fevralın 23-də təşkil olunacaq.

Birinci səbətdə İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina, ikinci səbətdə Xorvatiya, Ukrayna, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya, üçüncü səbətdə Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa, dördüncü səbətdə Monteneqro, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus, beşinci səbətdə İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr, altıncı səbətdə Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq, Fransa yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə